AZ

Tiflisdən Qərbə sərt reaksiya: “Həddinizi aşdınız, ikiüzlülər”

Xarici siyasətçilərin hökumət əleyhinə etiraz aksiyasında iştirakı təkcə gürcü xalqına qarşı qeyri-dost jesti yox, həm də dövlət çevrilişinə cəhddir.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, bəzi Baltikyanı ölkələrin hökumətləri öz ritorikalarında hədlərini aşıblar, ağ-qara baxışları elə vəziyyət yaradıb ki, ritorikaları ilə razılaşmayan hər kəs avtomatik olaraq düşmənə çevrilir:

“Gürcüstan hökuməti Avropa və Avro-Atlantika dəyərləri və siyasətlərinə sadiqliyini çoxdan sübut edib. Amma Gürcüstan bu gün NATO-ya üzv olmaq üçün uzunmüddətli perspektivlə bağlı xaricdən gələn problemlərlə üzləşib. Belə çağırışlardan biri də Gürcüstanın siyasi sistemi, o cümlədən radikal qruplara sərbəst daxil olan qeyri-şəffaf xarici pullardır. “Xarici təsirin şəffaflığı”na dair qanun Qərbdə presedentə malik olan və “demokratik çərçivə”yə salınmış həmin çağırışlara cavabdır.

Həmin qanunu “Rusiya layihəsi” adlandırmaq onu qeyri-demokratik etmir. Üstəlik, bu, Gürcüstan hökumətinə qarşı hücumlara haqq qazandırmır. Qanunun təsirinə məruz qalanların bəziləri buna etiraz edirlər. Şikayətlər çox vaxt radikal və şiddətlidir.

Xarici rəsmilərin Gürcüstanın suverenliyi və diplomatik praktikasını veclərinə almadan, “demokratiya və insan haqları naminə” həmin etirazda iştirakı ən yaxşı halda ikiüzlülük, ən pis halda dövlət çevrilişinə cəhddir. Gürcüstanın dostlara və dəstəyə ehtiyacı var, ikiüzlülük və pozuculuğa yox”.

Qeyd edək ki, bundan əvvəl Tiflisə gələn İslandiya, Litva və Estoniya xarici işlər nazirləri hakimiyyət əleyhinə etiraz aksiyalarına qatılıblar. Hakim “Gürcü Arzusu” Partiyası nazirlərin addımlarına sərt reaksiya verib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
teleqraf.com

1Mənbələr