AZ

Sülhməramlıları Qarabağı erkən tərk etməyə vadar edən SƏBƏBLƏR – ŞƏRH

Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları vaxtından əvvəl çıxarıldı və yoa salındı. Hətta onlar üçün təntənəli yolasalma mərasimi təşkil olundu.

Rusiyanın Qarabağdan xoşluqla çıxmayacağını, Qarabağı ermənidən alıb rusa verdiyimizi deyənlər, yəqin ki, indi barmağını dişləyərək fikrə gediblər: “Necə oldu ki, Rusiya belə sakit, səssiz-səmirsiz, öz xoşuna Qarabağı tərk etdi?”. 

Sülhməramlıların Qarabağı erkən və sakit tərk etməsinin səbəbləri ilə bağlı konfliktoloq Elman Vəliyev İnterpress.az-a açıqlama verib.

Politoloq bildirib ki, sülhməramlıların çıxması tərəflərin razılığı əsasında baş tutub.

“Cənubi Qafqazda Rusiya üçün ən önəmli aktor Azərbaycandır. Gürcüstan, Ermənistan artıq Rusiyanın təsir dairəsindən çıxmağa doğru gedir.

Rusiya hazırkı situasiyada Azərbaycanla razılaşmağa məcburdur. Azərbaycan üçün də hazırda Rusiya sərf edir. Ancaq Rusiyanı tutub, Qərbi buraxmaq zəif siyasət olar.

Sülhməramlıların artıq vaxtı bitirdi. Onların qalmasında bir əsas qalmamışdı. Həmçinin Rusiya onları başqa yerdə istifadə edəcək.

Sülhməramlıların çıxması tərəflərin razılığı əsasında baş tutub. İqtidarın sülhməramlıların çıxması üçün rəsmi Kremllə danışması onun reputasiyasını xalq içərisində daha da artırıcı bir amildir”, – konfliktoloq qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
interpress.az

1Mənbələr