AZ

Həmyerlimiz Taylandda ağacəkmə aksiyası təşkil edib

Bakı, 16 may, AZƏRTAC

Taylandda yaşayan həmyerlimiz Gündüz Qasımlı ölkənin Fuket əyalətində ağacəkmə aksiyası təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mindən çox ağacın əkildiyi aksiyaya Fuketdə yaşayan azərbaycanlılar, ekoloqlar və yerli sakinlər qatılıblar.

Aksiyanın məqsədi yerli ictimaiyyətin nümayəndələrinin diqqətini iqlim fəaliyyətinə cəlb etmək və onları bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 haqqında məlumatlandırmaq olub.

Kampaniyanın təşəbbüskarı Gündüz Qasımlı ətraf mühitin qorunmasına yönəlmiş bu təşəbbüsün qlobal ekoloji problemlərin həlli istiqamətində icmanın fəaliyyətini gücləndirəcəyini vurğulayıb. Həmyerlimiz aksiyanın ətraf mühitin mühafizəsində, ekoloji təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacağını bildirib.

Qeyd edək ki, Gündüz Qasımlı Fuket əyalətində “Sərhəd Xəttinin Meşələrin Bərpası Təşəbbüsü”nə rəhbərlik edir və yerli icmaları, əcnəbiləri dayanıqlı inkişaf proqramında fəal iştiraka səsləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
azertag.az

1Mənbələr