AZ

Praqada 18-ci Beynəlxalq Kaspian İnvestisiya Forumu işə başlayıb (FOTO)

Bakı. Trend:

Mayın 16-da Praqada 18 məruzəçinin iştirakı ilə 18-ci BeynəlxalqKaspian İnvestisiya Forumu işə başlayıb. Bu, indiyədək keçirilənforumlar arasında rekord sayda məruzəçidir. İştirakçılarınqeydiyyatı və qarşılanma qəhvəsindən sonra forumun qonaqları PraqaKonqres Mərkəzinin zalında təqdim olunan incəsənət və kitab sərgisiilə tanış olublar.

Azərbaycan Yazıçılar Birliyinin, Britaniya Poeziya Cəmiyyətinin,Avropa Yazıçılar Konqresinin üzvü, “Natavan” cəmiyyətininyaradıcısı, o cümlədən Azərbaycanın Əməkdar Artisti, tanınmış şairəLeyla Begimin, eləcə də Azərbaycan Respublikası əməkdar incəsənətxadimi Bəhram Bağırzadənin kitabları forum iştirakçılarında böyüktəəssürat yaradıb.

Açılış mərasimindən və Çexiyadakı Financial Chain Corporation-ınregional meneceri moderator Teymur Axundovun salamlama nitqindənsonra forum öz işinə başlayıb. Azərbaycan RespublikasınınÇexiyadakı səfiri Adış Məmmədov, Türkiyə Respublikasının Çexiyadakısəfiri Egemen Bağış və Financial Chain Corporation-ın idarəedicitərəfdaşı, Caspian Energy Club Czechia İdarə Heyətinin sədri ZaurQədirov tədbir iştirakçılarını salamlayıb və ölkələr arasındaiqtisadi əlaqələrin inkişafında belə bir tədbirin əhəmiyyətinivurğulayıblar.

Ardınca XVIII Beynəlxalq Kaspian İnvestisiya Forumu öz işinəbaşlayıb. Birinci sessiya “Hüquqi mühit: Aİ-nin mürəkkəbnormativ-hüquqi bazasında oriyentasiya və onun sərhədləri daxilindəfəaliyyət göstərən bizneslərə təsirinin anlaşılması” adlanırdı vəməruzəçi qismində Çexiya Sənaye və Ticarət Nazirliyinin Xariciİqtisadi Siyasət Departamentinin direktoru Martin Postpisil,İqtisadçı, məsləhətçi, Çexiya-Ukrayna Ticarət və Sənaye Palatasınınkeçmiş sədri Petr Krumphanzl və Xarici İnvestisiya Assosiasiyasınınsədri Kamil Blazek çıxış etdilər.

İki günlük 18-ci Beynəlxalq Kaspian İnvestisiya Forumununbirinci günü sessiyalar və panel müzakirələri ilə davam edir.

Qeyd edək ki, tədbirin məqsədi ölkələr arasında işgüzarəlaqələrin genişləndirilməsi, investisiya və əməkdaşlıq üçün yeniimkanların yaradılması, həmçinin müxtəlif ölkələrin biznes mühitihaqqında fikir mübadiləsinin aparılmasıdır. Həm dövlət qurumlarınınnümayəndələrinin, həm də biznes mühitinin potensial tərəfdaşlarınıniştirakı ilə keçirilən forumun təşkilatçıları Joint Bridges vəCaspian Energy Club Czechia-dır. Platinum Sponsor - Financial ChainCorporation-dir. Rəsmi dəstək Azərbaycan Respublikasının ÇexiyaRespublikasındakı Səfirliyi və Türkiyə Respublikasının ÇexiyaRespublikasındakı Səfirliyi tərəfindən həyata keçirilir. Forumunsponsorları Energazer, Philips və Evintel-dir.

Praqada
Praqada
Praqada
Praqada
Praqada
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
1
az.trend.az

3Mənbələr