AZ

Azərbaycan voleybol millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub

Azərbaycan

Bakı, 16 may, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi hazırlıqlarını başa vurub.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yığma təlim-məşq toplanışının son mərhələsini Sloveniyada keçirib.

Maribor şəhərində təşkil olunmuş hazırlıq prosesində voleybolçular Avstriya millisi ilə iki yoxlama oyunu keçiriblər. Oyunların birində 2:2 hesabı qeydə alınıb, digərində isə Azərbaycan millisi məğlub olub – 1:3. Bu qarşılaşmalarda Azərbaycan seçməsinin əsas heyətində əsasən gənc voleybolçular çıxış ediblər.

Milli komanda bu gün yarışın ilk mərhələsinə ev sahibliyi edəcək Xorvatiyaya yola düşüb.

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasındakı ilk görüşünü mayın 17-də Osiyek şəhərində meydan sahiblərinə qarşı keçirəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
azertag.az

1Mənbələr