AZ

Bir ildə 7 mindən çox miqrantı qeydiyyata alan şəbəkə aşkarlandı

Sankt-Peterburqda miqrantların leqallaşdırılması üçün böyük şəbəkə aşkarlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Bildirilib ki, cəmi bir il ərzində yeddi mindən çox əcnəbi qeyri-qanuni qeydiyyata alınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətkar qruplaşmanın tərkibində Rusiya və qonşu ölkələrin 18 vətəndaşı olub. Qeyri-qanuni immiqrantlar dövlət xidmətləri portalında hesabları sındırılan Sankt-Peterburq sakinlərinin ünvanlarında qeydə alınıb. 

Xidmətlərin dəyəri adambaşına 27 ilə 35 min rubl arasında dəyişib. 

Ağarza Elçinoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
23
unikal.az

10Mənbələr