AZ

Kənd Təsərrüfatı Nazirliyi tender keçirmədən “Veysəloğlu”ndan 312 min manatlıq it yemi alır

   Fransa rəhbərliyi başını itirib

 

Son günlərdə Sakit Okeanda Fransanın yarım-muxtar ada ərazisi olan Yeni Kaledoniya müstəqillik tərəfdarları və əleyhdarları arasında iğtişaşlar və toqquşmalarla müşahidə olunmaqdadır.

Etiraz dalğasına səbəb isə Fransa parlamenti tərəfindən 1998-ci ildə Noumea sazişindən sonra adaya gələn fransız miqrantlara səsvermə hüquqnun genişləndirilməsi ilə bağlı Yeni Kaledoniya Konstitusiyasına düzəlişlərin edilməsi olub.

Fransa parlamenti tərəfindən təsdiqlənən yeni qanun layihəsi Yeni Kaledoniyada 10 il yaşayan fransızlara əyalət seçkilərində səs vermək imkanı verəcək. Yeni Kaledoniya liderləri bu qərarı yerli Kanak əhalisinin səsini zəiflədəcək bir addım kimi qiymətləndirirlər.

Mayın 13-dən etibarən isə Yeni Kaledoniya sakinləri hüquqlarının pozulmasına etiraz olaraq küçələrə çıxıb. Bu da konstitusiyaya dəyişiklik edilməsinin əleyhdarları ilə tərəfdarları arasında toqquşmaya səbəb olub. Toqquşma isə iğtişaşlarla nəticələnib. Hadisə zamanı avtomobillər yandırılır, yerli şirkətlərin mağaza və ofisləri talan edilir. Yaranmış vəziyyətdə özünü dünyada demokratiyanın, beynəlxalq hüquq norma və prinsiplərinin, insan haqlarının müdafiəçisi elan edən Fransa dövləti Yeni Kaledoniya əhalisinin haqlı tələblərinə həyata keçirmək əvəzinə, müstəmləkəçilik siyasətinə sadiq qalaraq insanlara divan tutmaq və aksiyanı amansızcasına yatırmaq üçün ada fövqəladə vəziyyət elan edib, oraya qoşun yeridib.  

Hazırda Yeni Kaledoniyanın inzibati mərkəzində komendant saatı elan edilib və ölkə daxilində toplantıların keçirilməsi, hərəkət məhdudlaşdırılıb. Fransız polisi 200-ə yaxın aksiya iştirakçısını saxlayıb. 

Yeni Kaledoniya timsalında beynəlxalq hüquq və normalarına hayqırı ilə yanaşan, insan haqlarına ayaqlar altında atıb müstəmləkəçilik siyasətini davam etdirən Fransa vəziyyətdən çıxış yolu kimi bu hərəkətlərinə son verib ada sakinlərinin tələblərini yerinə yetirmək əvəzinə öz cinayətlərini ört-basdər etmək və diqqəti yayındamaq məqsədi ilə iğtişaşlarda başqa yerdə günahkar axtarışına çıxıblar.

Paris Yeni Kaledoniyadakı iğtişalarda Azərbaycanın əlinin olması barədə  absurd ittiham irəli sürüb. 

"Le Figaro"nun yazdığına görə, jurnalistin Azərbaycanın, Rusiyanın və ya Çinin Yeni Kaledoniyada baş verən iğtişaşlarla əlaqəsinin olub-olmaması ilə bağlı sualını cavablandıran Fransanın daxili işlər naziri Cerald Darman sərsəmləyərək Azərbaycanı Yeni Kaledoniyanın daxili işlərinə qarışmaqda və Sakit okean adasındakı iğtişaşlarla əlaqəli olmaqda ittiham edib. 

“Azərbaycana münasibətdə bu, fantaziya deyil, reallıqdır”, - deyən nazir əlavə edib ki, Kaledoniyanın müstəqilliyinin tərəfdarlarının bir qismi Azərbaycanla razılaşma imzalayıb.

Nəşr eyni zamanda Yeni Kaledoniyada yaranmış vəziyyətlə bağlı Fransanın Azərbaycanla gərgin münasibətdə olduğunu qeyd edib.

Fransanın daxili işlər naziri Cerald Darmanin absurd mövqe sərgiləyərək cari ilin aprelin 18-də Azərbaycanla Yeni Kaledoniya arasında imzalanan Əməkdaşlıq Memorandumu ilə bağlı Bakının mövqeyini tənqid edib.

"Öz gözündə tiri görməyən" Fransa başqasında "tük axtarışına" çıxıb. Müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransa bu siyasətini Cənubi Qafqazda da davam etdirmək istəyir. Bu məqsədlə də Ermənistana havadarlıq etməklə, onu silahlandırmaq yolu seçib. Amma Paris unudur ki, Azərbaycan onun üçün nə hər hansı Afrika ölkəsidir, nə də ki, hər hansı ada ölkəsi. Fransa bölgədə niyyətinə nail ola bilməyəcək. Azərbaycan indiyədək onun bu istəyinə qarşı qətiyyətlə çıxaraq planlarını iflasa uğradıb, bundan sonra da uğradacaq. Fransa etdiyi əməllərin Azərbaycan tərəfdən layiqli cavabını alacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
seherxeber.org

1Mənbələr