AZ

Ali Məhkəmə şəhid qardaşına bəraət verdi

Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, İ.Cəfərov barəsindəki bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2022-ci ilin iyul ayında Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, İ.Cəfərov idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçməyə çalışan piyadanı vurub. Xəstəxanaya çatdırılan piyadanın həyatını xilas etmək mümkün olmayıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə İ.Cəfərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi İ.Cəfərova bəraət verib və birinci instansiya məhkəməsinin hökmü ləğv olunub.

Qeyd edək ki, hərbçi olan İ.Cəfərov Vətən müharibəsi şəhidi Oruc Cəfərovun qardaşıdır.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
2
e-huquq.az

3Mənbələr