AZ

Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

Bakı. Trend:

Mayın 16-da Parlamentlərarası İttifaqın İsveçrəKonfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil-qərargahındaParlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin1-ci iclası öz işinə başlayıb.

Parlamentdən Trend-ə verilən məlumata görə, Milli Məclisin sədriSahibə Qafarova iclasda iştirak və çıxış edib.

İclası Parlamentlərarası İttifaqın prezidenti Tulia Aksonaçaraq, iclasda iştirak edən parlament sədrlərini təqdim edib.

Sonra İttifaqın Baş katibi Martin Çunqonq iclasın gündəliyi vəmüzakirə olunacaq məsələlər barədə məlumat verib.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova çıxış edərək,Parlament Sədrlərinin 6-cı Dünya Konfransının təşkili ilə bağlı özfikirlərini bildirib.

O deyib ki, bundan əvvəl keçirilmiş 5 konfransda beynəlxalqəməkdaşlığın parlament ölçüsünün gücləndirilməsi əsas müzakirəmövzularından biri olub. Bu gün parlament diplomatiyası vəəməkdaşlığı əvvəlki illərlə müqayisədə öz miqyasını genişləndirib.Parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalqparlament təşkilatlarında əməkdaşlıq etdiyini və yeni mexanizmləryaratdığını bildirən spiker Sahibə Qafarova, bu mənadaParlamentlərarası İttifaqın parlamentlərimiz üçün olduqca mühüm vəbirləşdirici platforma olduğunu diqqətə çatdırıb. Onun sözlərinəgörə, bizim ümumi baxışlarımız, məqsədlərimiz, hədəflərimiz butəşkilatda əks olunub.

Parlamentlərarası İttifaqın xüsusilə BMT ilə əməkdaşlığınınhazırda parlament əməkdaşlığının nə qədər əhəmiyyətli səviyyəyəgəlib çatdığının bariz göstəricisi olduğunu deyən Milli Məclisinsədri inamını ifadə edib ki, növbəti konfransda BMT iləParlamentlərarası İttifaq arasında praktiki əməkdaşlığın necəgücləndiriləcəyi ilə bağlı məsələlər nəzərdən keçiriləcək. Ovurğulayıb ki, bu çərçivədə biz bu əməkdaşlığın daha sistemli,institusional və praktiki olmasını diqqətə almalıyıq. Bu təbii ki,ümumi çağırışlarla mübarizədə parlamentlərin iştirak səviyyəsiniartıracaq.

Çıxışında Birləşmiş Millətlər Təşkilatında islahatlarınaparılmasının vacibliyini ifadə edən spiker Sahibə Qafarova deyibki, dünyamızın üzləşdiyi çağırışları nəzərə alsaq, çoxtərəflimexanizmlər birgə səylərin, həllərin irəli sürülməsində mühüm roloynayır. Lakin biz hamımız etiraf edirik ki, bu mexanizmlər,həmçinin çoxtərəfli sistem daha güclü, daha effektiv və inklüzivolmalıdır. O, təəssüflə qeyd edib ki, bugünkü vəziyyəttələblərimizə tam cavab vermir. Spikerin sözlərinə görə, ümumikonsensus var ki, çoxtərəfli sistemin əsasında dayanan BMT-nin, ocümlədən, onun Təhlükəsizlik Şurasının effektivliyinin artırılmasıüçün islahatlar aparılmalıdır. Təbii ki, bu islahatların necəolması haqqında çoxlu müzakirələr var, amma biz hələ də icra olunabiləcək real həlləri görmürük. Milli Məclisin sədri, bu mənadaParlamentlərarası İttifaqın BMT-də islahatların aparılmasına dairyeni fikirlər, yeni təkliflər hazırlamasını və bu təklifləringələcək iş prosesində nəzərə alınmasını təklif edib. O deyib ki, butəkliflər həmin prosesdə parlamentlərin töhfəsini təminedəcəkdir.

Təşkilat Komitəsinin iclası tədbirdə iştirak edən digərparlament sədrlərinin çıxışları ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
17
az.trend.az

10Mənbələr