“Netflix” televiziya serialları və film sənayesindəki rəqabət mövqeyini bir addım daha irəli aparacaq və yeni reklam platforması ilə nəhəng texnologiya şirkətləri “Google” və “Amazon”a meydan oxuyacaq.

İndex.az xəbər verir ki, “Netflix” çərşənbə günü “Upfronts” təqdimatında elan etdi ki, reklam texnologiyası platformasını cəmi bir il yarımdan sonra istifadəyə verəcək.

Bu addım nəhənglər liqası adlandırılan “Google”, “Amazon” və “Comcast” kimi reklam serverlərinə meydan oxuyacaq.

“Netflix” reklam strategiyasına tam nəzarət etmək yolundadır. Bu strateji addım şirkətə 270 milyondan çox abunəçini cəlb edən hədəflənmiş və fərdiləşdirilmiş reklam təcrübəsi təqdim etməyə imkan verəcək.