2024-cü ilin birinci rübü ərzində ölkədə 2,5 min iş yeri bağlanıb.
FED.az bu barədə Dövlət Statistia Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin ilk rübü ilə müqayisədə 1,7 min iş yeri və ya 40% azdır.
Ötən lin eyni dövründə 4,2 min iş yeri bağlanmışdı.
Bu dövrdə bağlanmış iş yerlərinin 53,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
İş yerlərinin 50,9 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 49,1 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.