AZ

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini 


karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

"Namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsinə, eləcə də aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərlər. Diqqətinizə çatdırırıq ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri təqdim edən şəxslərin müraciətlərinə baxılacaq", - deyə məlumatda qeyd olunub.



Qarabağ Universitetində vakansiya - ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Qarabağ Universitetində vakansiya - ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
baku.ws

10Mənbələr