AZ

Dieqo Maradonanın “Qızıl top”u hərraca çıxarılacaq

Məşhur argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı ildə “Napoli”də çıxış edərkən qazandığı “Qızıl top”u hərraca çıxarılacaq.

Arena.az bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.

Xatırladaq ki, Maradona peşəkar futbolçu karyerasına 1976-cı ildə “Arxentinos Juniors” klubunda başlayıb. 1981-82-ci illərdə Dieqo “Boka Xuniors”da oynayıb və “genuyalılar”la Argentina çempionatını (1981-ci il Metropolitano) qazanıb. Maradona 1982-ci ildə “Barselona”ya keçərək Avropada debüt edib. “Barselona” ilə Maradona İspaniya Kral Kubokunun (1982/1983), İspaniya Liqa Kubokunun (1983) və İspaniya Super Kubokunun (1983) qalibi olub. 1984-cü ildə isə Don Dieqo “Napoli”yə qoşulub və Neapol klubunu Avropa futbolunun nəhənglərindən birinə çevrilməsində müstəsna rol oynayıb. “Napoli” ilə Maradona 2 dəfə İtaliya A Seriyasını (1986/1987, 1989/1990), İtaliya Kubokunu (1986/1987), İtaliya Super Kubokunu (1990) və UEFA Kubokunu (1988/1989) qazanıb, eləcə də nüfuzlu “Qızıl top” mükafatına layiq görülüb.

1970-ci illərin ikinci yarısında hələ yeniyetmə ikən ulduzu parlamağa başlamış Maradona, 1978-ci ildə vətənində keçirilən Dünya Kubokundan kənarda qalır. İpə-sapa yatmaz xasiyyəti ilə səciyyəvi olan Dieqonu “albiseleste”nin məşqçilər qərargahı çox gənc olduğu üçün yığmaya almayıb. Beləliklə, Argentinanın ilk çempionluğu Maradonadan yan ötüb. 1979-cu ilə Argentinanın U-20 yığması ilə gənclərin Yaponiyada keçirilmiş dünya çempionatının qalibi olan Dieqo əsas yığmanın qapılarını açaraq burada söz sahibi olan oyunçuya – liderə çevrilir.

Argentina yığması ilə 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatını, həmçinin 1993-cü ildə Artemio Franki Kubokunu qazanmış Maradona həmçinin çoxsaylı fərdi mükafatlara layiq görülüb. Dieqo Maradona dünya futbol tarixinin ən yaxşı futbolçularından biri hesab edilir.

Əfsanəvi argentinalı ulduz 2020-ci ilin ayının 25-də 60 yaşında ürək çatışmazlığından vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
arena.az

1Mənbələr