AZ

İstehlak kreditləri hansı faizlə verilir? – Mərkəzi Bankın hesabatı

Azərbaycanda bankların əhaliyə verdiyi kreditlərin orta faiz dərəcəsi açıqlanıb.

“Cebhe.info” xəbər verir ki, açıqlanan məlumata görə, bunlardan ən bahalısı məişət avadanlıqlarının alınması ilə bağlı verilən kreditlərdir. Belə ki, bu növ istehlak kreditlərinin orta faiz dərəcəsi 25 faiz olub.

Bundan başqa kredit kartlarına tətbiq olunan kreditlər 25, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 16, avtomobil kreditləri 11, digər istehlak kreditləri isə 18 faizlə verilib.

Əlavə olaraq kredit kartlarında olan pul vəsaiti dollar nominalında olarsa, həmin kredit 6 faizlə verilir.

Məlumatda yaşayış sahəsinin alınmasına və tikintisinə verilmiş kreditlər istisna edilir. Yəni göstərilən faizlər bu kateqoriyaya görə verilən kreditlərə şamil edilmir.

Qeyd edək ki, bu haqda məlumat Azərbaycan Mərkəzi Bankının hesabatında yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
cebheinfo.az

1Mənbələr