AZ

Paytaxtda şəhər darboğazlarında hərəkətin təşkili üzrə 7 layihə icra ediləcək

Bakı. Trend:

Rəqəmsam İnkişaf və Nəqliyyat Nazirliyi yanında AzərbaycanYerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhər darboğazlarında hərəkətinyenidən təşkili üzrə layihələrə start verib.

Bu barədə Trend-ə AYNA-danbildirilib.

Belə ki, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxachallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələlişəkildə 7 layihə icra olunacaq.

İlkin olaraq, Babək prospekti ilə Mikayıl Əliyev küçəsininkəsişməsində darboğazın aradan qaldırılması, piyadaların vəsürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkətiyenidən təşkil edilir.

AYNA ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edib.Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasınatəqdim olunub və müvafiq qaydada razılaşdırılıb.

Artıq icrasına başlanılan layihə çərçivəsində Babək prospektininköməkçi hərəkət hissəsi ilə Yeni Günəşli qəsəbəsi istiqamətindəkinəqliyyat vasitələri və dairədəki nəqliyyat vasitələri arasındahərəkət növbəliliyinin təmin edilməsi üçün işıqforla nizamlanan,dairəyə daxil olan digər istiqamətlərdə isə dairəvi hərəkətintəşkili nəzərdə tutulur.

Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi vəşəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarınıbir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəzolunacaq.

Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək üçünbütün istiqamətlərdə əlçatan piyada keçidləri təşkil ediləcək.Həmçinin ərazidə norma və qaydalara uyğun yol nişanlanması daaparılacaq.

Nəticədə Babək prospektinin Mikayıl Əliyev küçəsi iləkəsişməsində günün əsasən pik, bəzən hətta qeyri-pik saatlarındamüşahidə olunan tıxac və sıxlıq halları aradan qaldırılacaq,kəsişmədə hərəkət növbəliliyi təmin ediləcək. Bununla dapiyadaların və sürücülərin təhlükəsizlik səviyyəsi artırılacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
45
az.trend.az

10Mənbələr