AZ

Lunev “Qarabağ”la münaqişə edən agentindən ayrıldı

“Qarabağ”ın qapıçısı Andrey Lunev agenti Anton Smirnovla əməkdaşlığı dayandırıb. Smirnov bu barədə öz “Telegram kanalında yazıb.

Çox güman ki, Lunevin qərarına agentlə “Qarabağ” futbol klubu arasında bir müddət əvvəl yaşanan münaqişə təsir edib. Belə ki, agenti Lunev üçün maaşın üç dəfə artırılmasını tələb edib.

“Mən indicə Andrey Lunevdən birgə əməkdaşlığımızın dayandırılması barədə mesaj aldım”, Smirnov yazıb və əlavə edib ki, bu qərar onun üçün təəccüblü deyil. 

“Hesab edirəm ki, bu addımın vaxtı çoxdan çatıb. Bu, Andreyin qərarıdır, mən bunu qəbul edirəm. Üç ildən artıq əməkdaşlıq haqqında deyiləcək çox şey var. Hətta düşünürəm ki, bu haqda kitab yaza bilərəm. Bəlkə bir gün bunu edəcəm. Həyatımın və fəaliyyətimin bu dövrünə minnətdarlıqdan başqa heç nəyim yoxdur. Birlikdə çox şey yaşadıq. Buna hörmət var. Amma hansısa mərhələdə münasibətlər öz faydalılığını keçdi. Geriyə baxıb bu hekayəyə Andreyə sədaqətlə xidmət etdiyim böyük bir təcrübə, həyat parçası kimi baxmaqdan utanmıram. Karyerasını maneəsiz davam etdirmək Andrey üçün daha da yaxşı olacaq.

Əminəm ki, məhz bu mövqeyi müdafiə edən və Andreyi bu yola çəkən məsləhətçilər olub. Andrey isə onlara qulaq asdı. Bunun üçün onun qeyd-şərtsiz hüququ var. 

Hazırda Andreyə açıq şəkildə demək istədiyim yeganə sözlər budur: yəqin ki, təvazökarlıqla deyəcəm, bütün bu müddət ərzində audio mesajdan bir az daha çoxuna layiq idim. Beləliklə, uğurlar, Andrey, yeni zirvələrə! İstər “Qarabağ”da, istərsə də başqa klubda – bu, artıq o qədər də vacib deyil”.

Eyni zamanda agent Lunevin “Dinamo”ya keçməsi ilə bağlı deyilənlərin doğru olmadığını yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
1
buta.media

2Mənbələr