AZ

I rübdə Azərbaycanda 22,5 min - YENİ İŞ YERİ AÇILIB - 26%-LİK ARTIM

2024-cü ilin birinci rübü ərzində ölkədə 22,5 min yeni iş yerləri açılıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ötən ilin I rübü ilə müqayisədə 4,6 min iş yeri və ya 25,7% çoxdur.

Ötən ilin I rübündə yeni iş yerlərinin sayı 17,9 min idi.

Bu dövrdə yaradılmış iş yerlərinin 94,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 80,0 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 18,3 faizi digər regionların, o cümlədən 5,5 faizi Abşeron-Xızı, 2,1 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Lənkəran-Astara, 1,6 faizi Şirvan-Salyan, 1,4 faizi Şəki-Zaqatala, 1,1 faizi Qazax-Tovuz, 1,1 faizi Quba-Xaçmaz, 1,0 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Qarabağ, 0,6 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 10,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,0 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,6 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 25,4 faizi tikinti, 21,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi peşə, elmi və texniki fəaliyyət, 6,7 faizi emal sənayesi, 5,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,2 faizi təhsil, 2,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,7 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,3 faizi informasiya və rabitə, 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,3 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
7
fed.az

9Mənbələr