AZ

"Bu, milli mənsubiyyətə görə ayrı-seçkilikdir" - Zaxarovadan SƏRT BƏYANAT

"Hollandiya hakimiyyətinin Rusiya nümayəndə heyətinin Haaqada keçirilən konfransa akkreditasiyasından imtina etməsi milli mənsubiyyətə görə ayrı-seçkilikdir".


Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.  

 

Zaxarova bunu Rusiya tərəfinin son anda təşkilatçılardan imtina almasına, Rusiya nümayəndə heyətinin ekspertinin isə ümumiyyətlə viza almamasına diqqət çəkmək üçün qeyd edib.

 

Xatırladaq ki, mayın 13-də Haaqada YUNESKO-nun “Mədəni irs və sülh: Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında Haaqa Konvensiyasının 70 illiyi” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

 

Əzizə
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
sfera.az

1Mənbələr