AZ

Ronaldo Messidən daha zəngindir - Qazancla dünya atletlərinin sıralaması

Kriştiano Ronaldo illik qazanc baxımından dünyada ən yüksək maaş alan idmançıların sıralamasında birinci yeri tutub.

90deqiqe.Az xəbər verir ki, məlumatı "Forbes"ə istinadən "Daily Mail" nəşri verir.

Ronaldonun gəliri 205 milyon funt-sterlinqdir.

İkinci xəttdə isə 172 milyon funt-sterlinq göstərici ilə qolfçu Con Rahm qərarlaşıb. "İnter" "Mayami"nin futbolçusu Lionel Messi 107 milyon funt-sterlinq qazancla üçüncüdür.

Dördüncü isə məşhur basketbolçu LeBron Ceymsdir - 101 milyon funt.

Ronaldo və Messi ilə yanaşı, ən yaxşı 10 oyunçu - Kylian Mbappe (87 milyon funt-sterlinq, 6-cı yer), Neymar (85 milyon funt, 7-ci yer) və Kərim Benzema (84 milyon funt-sterlinq, 8-ci yer) yer alıb.

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
90deqiqe.az

1Mənbələr