AZ

Hərbçinin öldüyü qəzaya görə tutulan sürücüyə bəraət verildi

222-ci ilin fevral ayında Tovuz rayonu Yuxarı Öysüzlü kəndində baş vermiş ağır qəza ilə bağlı məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, barəsində cinayət işi açılmış 1968-ci il təvəllüdlü sürücü Natiq Nağıyevə hökm oxunub.

Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, hadisə günü rayonun Əlibəyli kənd sakinləri - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sərxan Alıyevin idarə etdiyi “Mercedes-Benz” və N.Nağıyevin idarə etdiyi “Atego” markalı avtomobillər toqquşub. Nəticədə hərbçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ekspertiza zamanı S.Alıyevin sərxoş halda olması məlum olub.

Məhkəmədə N.Nağıyev hadisədə hər hansı günahının olmadığını bildirib. O, Sərxanın idarə etdiyi avtomobilin onun yük maşınına çırpıldığını və qəzadan yayınmaq imkanının olmadığını bildirib.

Tovuz Rayon Məhkəməsinin çıxardığı hökmlə N.Nağıyevə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikddə) maddəsi üzrə bəraət verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
262
11
korrespondent.az

10Mənbələr