AZ

Rusiya XİN-dən Türkiyədə dövlət çevrilişinə cəhdə REAKSİYA - səssiz şəkildə həyata keçiririk...

“Rusiya Ankarada çevriliş cəhdi fonunda Türkiyə ilə xüsusi kanallar vasitəsilə dialoq aparır”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə deyib.

O bildirib ki, rəsmi Moskvadan Ankaraya dəstək iki ölkə arasında diplomatik kanallarla sakit, səssiz şəkildə həyata keçirilir:

“Biz nə efirlərdə, nə də mikrofonlara bu barədə bağırdıq. Bunu dostluq münasibətlərimiz naminə etdik”.

“Rusiya və Türkiyə arasında etibarlı sıx münasibətlər var. Türkiyədəki mövcud duruma gəldikdə, düşünürəm ki, bu cür sualları aidiyyəti qurumlar cavablandırsa, yaxşıdır. Əlimizdə əlavə məlumatlar olduqca mütləq onu ictimaiyyətlə paylaşacağıq”, - Zaxarova əlavə edib. 

Xatırladaq ki, prezident Ərdoğan Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb. 

Ərdoğan MİT sədri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçu gecə yarısı bir araya toplayıb.

Gecə saatlarında keçirilən kritik toplantının əsas səbəbi "Ayhan Bora Kaplan" istintaqı çərçivəsində Ankara Polis İdarəsində 3 yüksək rütbəli şəxsin saxlanılması və daha sonra onlara qarşı cinayət işinin açılması olub.

Vəzifələrindən uzaqlaşdırlarn Ankara Polis rəis müavini Murat Çelik, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin müdiri Kerem Öner və müavini Şevket Dəmircanın evlərində dünən axşam prokurorluğun göstərişi ilə axtarış aparılıb. Murat Çelik, Kerem Öner və onun müavini Şevket Demircan saxlanılıb. "Ayhan Bora Kaplan" cinayət təşkilatı ilə əlaqəli 61 müttəhimin mühakimə olunduğu iş çərçivəsində bir müddət əvvəl Ankara Respublika Baş Prokurorluğu tərəfindən iddialarda adı keçən bu 3 məmura qarşı istintaq başladılıb. 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
musavat.com

1Mənbələr