AZ

Avropanın ən ətirli şəhəri seçildi

Müəllif:Ayşən İmanova/Banco.az

Britaniyanın “HAYPP” şirkəti Avropanın hansı şəhərinin daha gözəl qoxduğunu öyrənmək üçün qeyri-adi araşdırma aparıb.

Banco.az xəbər verir ki, bunun üçün 30 böyük şəhərdə ekspertlər gül dükanlarının, çörək və ətir dükanlarının sayını hesablayıb, həmçinin küçələrin təmizliyini qiymətləndiriblər.

Belə ki, 10 xaldan 8,3 xal toplayaraq reytinqin qalibi Afina olub. Bu şəhərdə 31 gül və 22 ətir mağazası olmaqla ümumi 53 ətirli mağaza var. 

Məlumata görə, Paris və Sürix Yunanıstanın paytaxtından bir qədər aşağı yer tutub. Həmçinin Dublin və Lüksemburq ilk beşliyə, onun ardınca Nikosiya və Kopenhagen, Buxarest, Valletta və Amsterdam isə ilk 10-luğu tamamlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
banco.az

1Mənbələr