AZ

90% qidalarda olan “ət kleyi” barədə- xəbərdarlıq

Hətta adi kəsmik istehsalında da istifadə edilən “ət yapışqanı” sağlamlıq üçün təhlükəlidir.



“Medicina” xəbər verir ki, mikrob translütaminaza adlanan maddə market məhsullarının çoxunda var.


Qastroenteroloq Yekaterina Kaşux bildirib ki, elmi araşdırmalar bu əlavənin ürək-damar və onkoloji xəstəliklər yaratdığını sübut edib.

“Bu çox ölkələrdə hazır qidalar, süd məhsulları, qənnadı məhsullarında istifadə edilən fermentdir. O, məhsulun görünüşünü və tekstrunu yaxşılaşdırır, ömrünü uzadır.

Onun müəyyən miqdarda istifadəsi yol verilir Amma Rusiya, Qazaxıstan, Belorusda qeydə alınmayıb və rəsmi icazə yoxdur. Bu o deməkdir ki, ferment heç bir formada, qəti şəkildə qida sənayesində istifadə olunmamalıdır.

Digər Avropa ölkələrində ət yapışqanı istehsalın əvvəlində istifadə olunur və qidanın son variantında olmur və yedikdə də orqanizmə düşmür.

Bu maddə həzm sisteminin müdafiə mexanizmlərini keçir, zərərli mikroorqanizmlərin artımına səbəb oolur, bağırsaqda problemlər yaradır, spesifik zülal birləşməsi yaradır və nəticədə onkoloji, autoimmun və neyrodegenerativ xəstəliklər yaranır.

Bu maddə uşaqlar, allergiyası olanlar üçün təhlükəlidir.
“Ət kleyi” olan qidalardan uzaq dursaz yaxşıdır”.


Aygün Musayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
medicina.az

2Mənbələr