AZ

"Məşhur bir mahnı var, 75 il əvvəl..." - Putindən MARAQLI AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin 1940-cı illərin mahnısından sitat gətirərək Moskva ilə Pekin arasındakı münasibətləri xarakterizə edib. 

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, o, Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə və Mədəniyyətlərarası İllərin başlanmasına həsr olunmuş konsertdən əvvəl çıxış edərək iki ölkə arasında qardaşlıq münasibətlərinə əminliyini ifadə edib.

 

"Tədbir diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə həsr olunub. O dövrdən məşhur bir mahnı var, 75 il əvvəl yaranıb, lakin bu gün tez-tez oxunur. Orada kifayət qədər məşhur bir misra var: "Rus və Çinlilər əbədi olaraq qardaşdırlar”, - Putin bildirib.

 

"Əminəm ki, biz ahəngdar Rusiya-Çin tərəfdaşlığının qardaşlıq ruhunu bundan sonra da gücləndirəcəyik", - Rusiya prezidenti vurğulayıb.

 

Firuzə Əliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
sfera.az

1Mənbələr