AZ

Mədəniyyət Nazirliyi işçilərin qəbulu ilə bağlı baş tutan attestasiya prosesinə münasibət bildirib

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində işçilərin attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na müvafiq olaraq baş tutub.

Bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.

O bildirib ki, Attestasiya komissiyasının fəaliyyətindəki şəffaflığı, attestasiyadan keçən işçilərin hazırlıq səviyyəsini və verilən qərarların obyektivliyini təmin etmək üçün iştirakçıların razılığı ilə attestasiya prosesinin bütün gedişatının videoqeydiyyatı aparılıb.

“Attestasiya zamanı həmin şəxslərə tutduğu vəzifəyə uyğun olaraq müəyyən edilmiş hüquq və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilib, onların əmək funksiyaları üzrə bilik səviyyəsi və peşə hazırlığı qiymətləndirilib.

Attestasiyaya cəlb olunmuş işçilərdən bəzilərinin tutduqları vəzifələrə müvafiq və ya yaxın ali ixtisas təhsilli və çoxillik iş stajına malik olmasına baxmayaraq, həmin şəxslər attestasiya zamanı ixtisas və vəzifələri üzrə soruşulan bəsit suallara adekvat cavab verə bilməyiblər.

Ümumiyyətlə ixtisasları və əmək funksiyalarının əhatə etdiyi sahələr üzrə beynəlxalq təcrübədə istifadə oluna metodologiyalar, müasir çağırışları özündə ehtiva edən nəzəri və praktiki biliklər barədə tamamilə məlumatsızdırlar.

Komissiya üzvləri tərəfindən həmin şəxslərə dövlət atributları ilə əlaqədar verilən ən sadə suallar belə yanlış cavablandırılıb.

Onu da qeyd edim ki, attestasiya nəticəsində MEMİM-in bir qurp işçisinin tutduğu vəzifəyə uyğun olmadığı məlum olub.
Müraciət edən şəxslər məhz bu qrupa aid olan və Attestasiya Komissiyasının hər biri barədə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı barədə qərar qəbul etdiyi MEMİM işçiləridir.

MEMİM müvafiq sahə üzrə ölkəmizdə fəaliyyət göstərən yeganə elmi-metodiki mərkəzdir və bu istiqamət üzrə beyin aparatı funksiyasını yerinə yetirməlidir. Bu baxımından Mərkəzdə müvafiq sahə üzrə təcrübəsi və yüksək peşə hazırlığı olan şəxslərin olması onun fəaliyyətində səmərəlilik yarada bilər”, - o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
apa.az

2Mənbələr