AZ

Azərbaycan və Ermənistan parlament sədrləri görüşdü


Mayın 16-da Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan arasında görüş olub.
Yenavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin mətbuat xidmətinin katibi Nelli Qulyan məlumat yayıb.
Məlumata görə, görüş Parlament sədrlərinin VI Ümumdünya Konfransı çərçivəsində baş tutub.
Bu gün Qafarova ilə Simonyan arasında daha bir görüş nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri sonuncu dəfə martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində görüşüblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
yeniavaz.com

1Mənbələr