AZ

“Çelsi”nin sahibi klubun siyasəti ilə bağlı bəyanatla çıxış etdi

Amerikan iş adamı və “Çelsi”nin sahibi Todd Bouli London klubunun inkişaf strategiyasını şərh edərək, uğur yolunda səbr şərtini vurğulayıb.

Arena.az jurnalist Ben Ceykobsa istinadən, Boulinin bu barədə fikirlərini təqdim edir:

“Ən əsası – səbrli olmaqdır. Bir şey yaratdığınız zaman hər şeyin tez bir zamanda araya gəlməsini gözləyirsiniz, amma gerçəklik budur ki, həqiqətən yaxşı olan hər şey azacıq vaxt alır. Səbr həmişə bizim prinsipimiz olub.

2013-cü ildə “Dodgers”i satın alanda biz 15-ci və 25-ci yerlərdən başladıq, amma plana sadiq qaldıq, çünki bunun doğru olduğuna inanırdıq. “Çelsi” ilə də müvafiq bir məqamdan keçdik. Ətrafınızdakı bütün səs-küyə məhəl qoymamaq və plana sadiq qalmaq qətiyyətinə sahib olmalısınız. “Boxing Day” günündən bəri biz Premyer Liqada dördüncü komandayıq. İndi baş verənlərə baxanda hər şeyin getdikcə daha da yaxşılaşdığı hissi var”, deyə “Çelsi”nın sahibi bildirib.

Hazırda “Çelsi” 37 oyundan 60 xalla Premyer Liqanın yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xatırladaq ki, “Çelsi” cari mövsümdə avrokuboklarda yarışmayıb və növbəti mövsümə bu məqsədi uğrunda mübarizə aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
arena.az

1Mənbələr