AZ

Azərbaycan hər zaman İrana qarşı siyasətində ayıq-sayıq olmağa məcburdur



"İranın Ali Dini lideri Əli Xameneinin mətbuat orqanı olan "Keyhan" qəzetinin növbəti dəfə Azərbaycanı hədəf alan və hədələyən məqalə yayımlanması, əslində İranın anti-Azərbaycan siyasətinin davamı kimi qəbul etmək lazımdır".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, bu günlərdə İranın paytaxtı Tehran şəhərində keçirilən beynəlxalq kitab sərgisinə qatılan Əli Xamenei əlinə aldığı kitab haqqında bu cümlələri qeyd edir: "Bu kitab yunanlar tərəfindən, türklərə qarşı yazılib. Kitabda Osmanlı türklərinin yunanlara qarşı işlətdiyi zülüm və şiddət gözəl şəkildə qələmə alınmışdır".

Çingiz Şahbazinin sözlərinə görə, İranın Ali Dini lideri Əli Xameneinin və ümumiyyətlə İranın rəsmi dövlət agentliklərinin Azərbaycanla bağlı əksər məqalələrinə nəzər salsaq görərik ki, yazılan yazıların böyük həcmi Ermənistanın mətbuat orqanlarının ölkəmizlə bağlı yazdıqları məqalələrlə üst-üstə düşür:

"Əslində İranın anti-Azərbaycan siyasətinin davam etdirilməsində, maraqlarından biri də Türkiyə faktorudur və İran, Azərbaycanı Türkiyəyə yaxınlaşdırmamaqda maraqlıdır. Həmçinin bu maraqlar Rusiya və ABŞ -ın maraqlarına xidmət edir. Əslində İranın ən yüksək dairələrdə olan şəxslərinin "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir" söyləməsi İranin Azərbaycana qarşı harda durmasını və mövqeyini acıq şəkildə ortaya qoyur. İnanmıram ki İran, molla rejiminin hakimiyyəti dövründə Azərbaycanla olan düşmənçilik münasibətlərinə son qoysun və səmimi dostluq və qonşuluq münasibətləri qursun. Bu səbəbdən Azərbaycan hər zaman İrana qarşı siyasətində ayıq-sayıq olmağa məcburdur. Çünki, indiyə qədər baş verən xoşagəlməz hər hansı bir hadisənin müəllifi İran tərəfindən qaynaqlanmışdır".

Anar
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
newscenter.az

1Mənbələr