AZ

İranın hücumundan sonra İsrailin bu silahlarına maraq artıb

Bir neçə ölkə keçən ay İranın raket hücumunu uğurla dəf edən İsrailin “Arrow” müdafiə sistemini almaqda maraqlı olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə raketdən müdafiə sistemini hazırlayan Israel Aerospace Industries (IAI) şirkətinin rəhbəri Boaz Levi Reuters agentliyinə şərhində deyib.

Qeyd edək ki, “Arrow” İsrailin çoxqatlı raketdən müdafiə sisteminin bir hissəsidir.

Arrow” İsrail tərəfindən ABŞ ilə birgə hazırlanıb. Sistem uçuş məsafəsi 3000 km-ə qədər olan ballistik raketlərin qarşı effektivdir.

Arrow”  Yer atmosferindən kənarda ballistik raketləri tutmağa qadir olan “Arrow-2” və “Arrow-3” raketdən müdafiə sistemlərindən ibarətdir. 2023-cü ilin avqustunda İsrail ABŞ-dan razılıq aldıqdan sonra “Arrow-3”ü Almaniyaya 3,5 milyard dollara satıb.

Xatırladaq ki, aprelin 13-dən 14-nə keçən gecə İran yüzlərlə raket ataraq İsrailə kütləvi hücum həyata keçirib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
musavat.com

1Mənbələr