AZ

Neft gəlirləri azalır - növbəti 5 ildə nə olacaq? (ŞƏRH)

Bu il Azərbaycan Dövlət Neft Fonduna neftin satışından gələn gəlirlər təqribən 5 mlrd dollar təşkil edəcək. 

"Ölkə.Az" xəbər verir ki, bunu enerji məsələri üzrə ekspert İlham Şaban deyib. Obildirib ki, son 17 ildə Azəri-Çıraq-Günəşli yatağından dövlətin mənfəət şəklində əldə etdiyi ən aşağı qazanc 2020-ci ildə (həm neft qiymətləri kəskin azalmışdı, həm də 1942-ci ildən bəri ilk dəfə Azərbaycan inzibati yolla hasilatı azaltmışdı) olmuşdu - 3,52 mlrd dollar. 

"Lakin 2022-ci ildə neftin gətirdiyi mənfəət demək olar ki, 10 mlrd dollar idi. Ötən il 6 mlrd dollardan bir qədər çox olmuşdu. 

Yəni biz onu müşahidə edirik ki, mənfəət neftinin dəyəri son 5 ildə qeyri-stabildir (çünki qlobal bazarlar təlatümlü dövrünü yaşayır) və azalmağa meyllidir".

Bəs növbəti 5 ildə necə olacaq?

Ekspertin sözlərinə görə, hasilat azaldığı üçün o da azalacaq. Nə qədər qazana biləcəyimiz isə dünya bazarındakı qiymətlərdən asılı olacaq:

"Əgər neftin orta qiyməti hər ixrac etdiyimiz barel üçün 70 dollardan az olmayacaqsa, onda ilinə orta hesabla 3,5-4 mlrd dollar qazanmaq şansımız var. 

Azərbaycan ötən ildən özünün emal zavodunun ehtiyaclarını ödəmək üçün xam neft idxal etməyə başlayıb. Həcmlər hələ kiçikdir, amma ildən-ilə artacaq (“Azneft”in nefti 2025-ci ildən sonra yaxın beşillikdə təqribən 2 mln ton azala bilər, yataqların çıxarıla biləcək ehtiyatları get-gedə azalır). Demək, Azərbaycanın yeni xərc maddəsi də yaranacaq - xam neftin idxalı üçün çəkilən xərclər". 

"Buna görə də, neftdən kənar iqtisadiyyatın inkişafı üçün hökumət səylərini ikiqat artırmalıdır", - deyə İ. Şaban əlavə edib.

Könül
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
1
olke.az

3Mənbələr