AZ

YAP Biləsuvar rayon təşkilatı hesabat-seçki yığıncağı keçirib FOTOLAR

May ayının 16-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 30 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilldi. İclasda YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.

Gündəlikdə duran I məsələ ilə əlaqədar 30 saylı şəhər ərazi partiya təşkilatının sədri Eldəniz Qənbərov ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi. Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Bədəlova Nurəngiz Hüseynxan qızı YAP Biləsuvar rayon təşkilatının 30 saylı şəhər ərazi partiya təşkilatının sədri, Qəmbərov Eldəniz Arif oğlu isə sədr müavini seçildilər.

Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs etdi. A.Qasımov yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.

Sonda YAP üzvlüyünə yeni qəbul olunmuş şəxsə üzvlük vəsiqəsi verildi. YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamə təqdim olundu.

SƏBİNƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
7
sesqazeti.az

10Mənbələr