AZ

Qax və Şəkidə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər olub

Qax, 16 may, Mustafa Dadaşov, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüşlər mayın 16-da Qax və Şəki rayonlarında olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərin açılışında çıxış edən təşkilatçı qurumların və yerli icra orqanlarının nümayəndələri ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan bəhs edib, həmçinin aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən regionlarda yaşayan qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən sosial layihələrin əhəmiyyətini diqqətə çatdırıblar.

Görüşlər fərqli sahələrdə uğur qazanan qadınların – “Training Hub Azerbaijan” təlim mərkəzinin direktoru Cəmilə Nəbiyeva və “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyinin sədri Nərmin Qəniyevanın TEDx formatında çıxışları ilə davam edib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, motivasiyaedici söhbət aparıblar.

Qeyd edək ki, regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə keçirilən layihə çərçivəsində Sumqayıt, Mingəçevir şəhərləri və Masallı rayonunda da görüşlərin təşkili nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
azertag.az

1Mənbələr