AZ

Rusiyaya işləyən deputatın mandatı alındı: Evində axtarış aparılır

Rusiya ilə əlaqədə ittiham edilən almaniyalı deputatın mandatı əlindən alınıb.

Publika.az xəbər verir ki, Almaniya üçün Alternativ partiyasından olan deputat Petr Bystron toxunulmazlıq hüququndan məhrum edilib. Hazırda Bavariya kriminal polis idarəsinin nümayəndələri onun Bundestaqdakı ofisində axtarış aparırlar.

Qeyd edək ki, AfD liderləri Bystronun Rusiya ilə əlaqələrinin olduğundan şübhələnirdilər. Millət vəkilinə yazdığı məktubda ifrat sağçı partiyanın liderləri ondan Rusiyayönümlü şəbəkədən 25 min avro alması ilə bağlı Çexiya mediasının xəbərləri barədə “açıq danışmasını” tələb ediblər.

Bundan sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “Almaniya üçün Alternativ” partiyasını Rusiya ilə əməkdaşlıqda ittiham edib.

Cəmilə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
publika.az

1Mənbələr