AZ

İranda daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 12 nəfər itkin düşüb

İranda

Bakı, 16 may, AZƏRTAC

İranın Məşhəd şəhərində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 12 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Məşhəd yanğınsöndürmə idarəsinin rəisi Həmidrza Kafiniya açıqlayıb. O, ölənlərin arasında dörd uşağın da olduğunu bildirib. Məlumatda yanğınsöndürmə briqadasının daşqından zərər çəkənlərə yardım etməyə başladığı, axtarış-xilasetmə işlərinin davam etdirildiyi qeyd olunub.

Məşhəd qubernatoru Möhsün Daveri 150 evə ziyan dəydiyini, azı 250 ailənin şəhərin müxtəlif hissələrinə və ətraf kəndlərə köçürüldüyünü söyləyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhərin bəzi yerlərində yolların bağlandığı əks olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
azertag.az

1Mənbələr