AZ

Meyvə-tərəvəz ixracının həcmi 15 faizdən çox artıb

Bu ilin yanvar-aprel ayları ərzində ölkədən 180,3 milyon ABŞ dolları dəyərində 149,5 min tondan çox meyvə-tərəvəz ixrac edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 11,9 faiz və ya 19,2 milyon dollar, həcmi isə 15,2 faiz və ya 19,8 min ton artıb.

Bu ilin mart ayına nisbətdə isə apreldə meyvə-tərəvəzin ixrac dəyəri 44,2 faiz artaraq 47,7 milyon dollar, həcmi isə 56,3 faiz artaraq 24,3 min ton təşkil edib.

Cari ilin ilk dörd ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 2,21 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 19,6 faizə bərabər olub ki, bu da ötən ili göstəricilərini müvafiq olaraq 0,93 və 6 faiz bəndi üstələyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
vergiler.az

2Mənbələr