AZ

"Tutaq ki, yolu bir ay bağladınız, nə dəyişəcək?" - Tavuşda polis-vətəndaş qarşıdurması

Ermənistanın Tavuş vilayətinin polis rəisi Artur Mkrtçyan Ermənistan-Gürcüstan dövlətlərarası yolunu bağlayan Kirants (Xeyrimli-red.) kəndinin sakinləri ilə danışıqlar aparır.

Bakupost.az xəbər verir ki, bu barədə "Novosti Armeniya" bildirib.

“Yolu bağlamağında bir məna görmürəm. Yaxşı, deyək ki, yolu bir ay bağldınız, nə dəyişəcək? Qubernatorla görüşmək daha yaxşıdır. O, suallarınızı cavablandıracaq”, - deyən Mkrtçyan qubernator Hayk Qalumyanın kənd sakinləri ilə görüşməyə hazır olduğunu vurğulayıb.

Sakinlər isə yolu açmaqdan və hansısa qapalı yerdə qubernatorla görüşməkdən imtina ediblər.

"Hayk Qalumyan gəlib bizimlə yolun bağlanmış hissəsində görüşə bilər", - deyə etirazçılar bildiriblər.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
1
bakupost.az

2Mənbələr