AZ

Azərbaycanda kişilərlə qadınların say nisbəti - ARAŞDIRMA

Ölkə əhalisinin sayı ilin əvvəlindən 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10 189 786 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin ümumi sayının 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

"Cebhe.info" xəbər verir ki, son 10 ildə qadınların sayında 0,1 artım, kişilərin sayında son 0,1 azalma olub.

Xatırladaq ki, 2014-cü ilin fevralında bu göstərici müvafiq olaraq 49,7 və 50,3 faiz təşkil edib.

*2021-ci ildə əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib.

*2022 əhalinin 50 faizini kişilər, 50 faizini isə qadınlar təşkil edib.

*2023-cü ildə əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
cebheinfo.az

1Mənbələr