AZ

İsrailin: “Rəfaha daha çox əsgər göndəriləcək”

İsrailin müdafiə naziri Yoav Gallant, Qəzza zolağının cənubunda, təhlükəsiz bölgə olduğu iddiası ilə sürgün edilən təxminən 1,5 milyon fələstinlinin olduğu Rəfah şəhərinə daha çox əsgər göndəriləcəyini və hücumların dərinləşdiriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant dünən Rəfah yaxınlığındakı bölgəyə səfər edib.

İsrail ordusunun "HƏMAS-a qarşı hücumunu davam etdirdiyi" üçün Rəfaha daha çox əsgər göndəriləcəyini söyləyən Gallant, hücumların bölgəyə əlavə əsgərlərin daxil olması ilə davam edəcəyini qiymətləndirdi.

Gallant, HƏMAS-ın kifayət qədər silah-sursatının olmadığını və köhnəldiyini müdafiə edərək, "Bu əməliyyat daha da güclənəcək və HƏMAS artıq özünü yeniləyə biləcək bir təşkilat deyil" dedi.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib və mayın 7-də səhər saatlarında Rəfaha qurudan hücuma keçərək ələ keçirdiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, indiyədək təxminən 600 min insan İsrailin hücumlarını davam etdirdiyi Rəfahı tərk etmək məcburiyyətində qalıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
turkustan.az

1Mənbələr