AZ

Lənkəranda qətlə yetirilən Könül haqqında daha bir AÇIQLAMA

Xəbər verdiyimi kimi, Lənkəranda Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən olunub. Təxminən 70 gün əvvəl itkin düşmüş və Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.

 

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, kəyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib. Elvin İsmayılzadə şübhəli şəxs qismində saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, qətlə yetirilən Könül Ağayeva 20 yaşında ailə həyatı qurub və daha sonra boşanaraq Lənkərana köçüb.

 

Məlumatı Cəlilabad Rayon İcra Hakimiyyətinin Muğan kənd üzrə icra nümayəndəsi Rövşən Həsənov da saytımıza açıqlamasında təsdiq edib. O, Könül Ağayeva və Elvin İsmayıladənin birlikdə yaşadığını bildirib: "Onu Muğan kəndində dəfn etdilər. Könül Ağayevanın atası və anası var, ancaq boşanıblar. Lənkəranda yaşadığını ailəsi bilirdi. Təxminən 2 ay əvvəl itkin düşdüyü deyilirdi”. 

 

İcra nümayəndəsi Könül Ağayevanın əvvəlki evlilikdən uşağı olması barədə xəbərlərin doğru olmadığını vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
18
modern.az

10Mənbələr