AZ

Son bir ildə “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb


Son bir ildə Azərbaycanda təqaüd alan “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı 1% və ya 51 nəfər azalıb.
Yeniavaz.com
-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir ildə “Xalq” fəxri adı daşıyanların sayı 8 nəfər, “Əməkdar” fəxri adı daşıyanların sayı isə 43 nəfər azalıb.
Bu ilin aprel ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 262 nəfər “Xalq”, 4 578 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır.
Onu da bildirək ki, “Xalq” və “Əməkdar” fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə dəyişməyib. “Xalq” fəxri adı daşıyanlara ayda 200 manat, “Əməkdar” fəxri adı daşıyanlara isə ayda 150 manat təqaüd verilib.

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
yeniavaz.com

2Mənbələr