AZ

"Putin Çinə səfərə gəlib, Si Tszinpinlə sanksiyalar və müharibədən danışacaq" - "Financial Times"

 
"Putin Rusiya və Çinin "çoxqürblü dünya" yaradılması məqsədində bir olduğunu göstərməyə cəhd edir..."
 
"Pekin diqqətini özünün vacib tıcarət tərəfdaşları olan Avropa İttifaqı və ABŞ-la münasibətlərdə gərginliyin azaldılmasına yönəldib..."
 
Yeni hökumətdə baş nazirinin 10 müavinindən altısı Putinlə birgə Çinə gəlib
 
Mayın 16-da diktator Vladimir Putin Si Tszinpinlə görüşmək üçün Pekinə gəlib. Səfərin məqsədi liderlərin sıx münasibətlərini vurğulamaq və Çinin müharibə zamanı Rusiya iqtisadiyyatına dəstəyini gücləndirməkdir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Çin lideri özünün rusiyalı həmkarını Xalq Toplantıları Evində salamlayıb. Qarşıdakı iki gün ərzində bir neçə raund görüşlər olacaq, gözlənildiyi kimi, bu görüşlər Ukrayna müharibəsi, Yaxın Şərqdə münaqişə, iqtisadiyyat və müdafiəyə həsr ediləcək.
 
Özünün giriş şərhində Si Moskva ilə Pekin arasında "dostluğu" vurğulayıb və deyib ki, onlar Putinlə bir-birinə "strateji göstərişlər" verir. O, əlavə edib ki, "bütün dünyada dürüstlüyü və ədaləti müdafiə edəcək".
 
Putini yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən sabiq müdafiə naziri Sergey Şoyqu, onun varisi Andrey Belousov, habelə XİN rəhbəri Sergey Lavrov və Mərkəzi Bankın rəhbəri Elvira Nabiulina müşayiət edir.
 
Bu səfər o zaman baş verir ki, Rusiya iqtidadiyyatı Qərbin sanksyaları qarşısında getdikcə Çinlə ticarətdən daha asılı olur. Analitiklər gözləyir ki, Putin Çinə səfəri zamanı bu sanksiyalardan necə yan keçməyi müzakirə edəcək.
 
Eyni zamanda Çin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləməkdən imtina edib və iddia edir ki, Moskva ilə münasibətləri onun şəxsi işidir. ABŞ Pekini ikili təyinatlı mallar tədarük etməklə Putinin hərbi maşınına dəstək verməkdə ittiham edib.
 
Lakin müharibə başlanandan Çinlə Rusiya arasında ticarətin böyük artımından sonra Pekinin bir qədər geri çəkilməsinin əlamətləri var.
 
Çinin öz qonşusuna ixracı mart və aprel aylarında aşağı düşüb, çünki ABŞ sanksiyalardan yan keçməkdə kömək edən Çin banklarına qarşı sanksiyalar tətbiq edəcəyi ilə təhdid edib.
 
İki günlük səfər ərəfəsində Putin Rusiya və Çinin "çoxqütblü dünya" yaradılması məqsədində bir olduğunu göstərməyə cəhd edib və Ukrayna ilə danışıqlar perspektivini irəli sürüb və, onun sözlərinə görə, bu danışıqlar təhlükəsizlik zəmanətlərindən asılıdır.
 
Rusiya KİV-lərinin məlumatlarına görə, bir sıra ikitərəfli sənədlərin, kommersiya və regional sazişlərin imzalanacağı gözlənilir.
 
Analitiklər deyir ki, Pekin diqqətini özünün vacib ticarət tərəfdaşları olan Avropa İttifaqı və ABŞ-la münasibətlərdə gərginliyin azaldılması cəhdlərinə yönəldib.
 
ABŞ prezidenti Co Bayden Çin məhsullarına, o cümlədən elektromobillər, Günəş batareyaları, yarımkeçiricilər və digər texnoloji məhsulara 18 milyard dollar məbləğində rüsumların tətbiq edilməsi barədə elan edib.
 
Dünyada ən böyük ixracatçı olan Çinin iqtisadiyyatı xeyli dərəcədə inkişaf etmiş bazarlarda satış qabiliyyətindən asılıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
moderator.az

1Mənbələr