AZ

Rusiya və Çin hərbi sahədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəldi

Rusiya və Çin hərbi sahədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Azpost.info xəbər verir ki, Moskva və Pekin həmçinin birgə təlimlərin və döyüş hazırlığının miqyasının genişləndirildiyini elan ediblər.

“Rusiya-Çin müdafiə əməkdaşlığı yüksək səviyyəli qarşılıqlı strateji etimada əsaslanır. Dövlətlər regional və qlobal təhlükəsizliyi effektiv şəkildə gücləndirirlər”, – sənəddə qeyd olunur.

Eyni zamanda Moskva və Pekin ikitərəfli əsasda və çoxtərəfli formatlar çərçivəsində koordinasiya və əməkdaşlığı artırmağa davam edəcək. Tərəflər çağırış və təhdidlərə birgə reaksiya potensialını və səviyyəsini daim artırmaq barədə də razılığa gəliblər.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
azpost.info

1Mənbələr