AZ

Avropa İttifaqı ölkəsi vətəndaş müharibəsi astanasında

Avropa İttifaqının (Aİ) üzvü Slovakiyanın baş naziri Robert Fitsoya qarşı mayın 15-də sui-qəsd cəhdindən sonra ölkədə ictimai-siyasi vəziyyət həddən artıq gərginləşib. Baş nazirə qarşı hücuma siyasi rəng verildiyindən ölkədə vətəndaş müharibəsi təhlükəsi yaşanmaqdadır.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, Slovakiya daxili işlər naziri Matus Şutaj-Estok ölkənin vətəndaş müharibəsi astanasında olduğunu etiraf edib.

O, ölkədəki vəziyyəti həddən artıq kritik olduğunu bildirib.

Qeyd edək ki, mayın 15-də yaşlı yazıçı, müxalifətçinin bir neçə dəfə atəş açması nəticəsində baş nazir ağır yaralanıb və o, xəstəxanaya yerləşdirilib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
olke.az

1Mənbələr