AZ

"Ukrayna Qərb silahları ilə Rusiya ərazisinə zərbə endirmək üçün ABŞ-dan icazə alıb" - "Le Monde"

Ukrayna çox güman ki, Qərb silahları ilə Rusiya ərazisinə zərbə endirmək üçün ABŞ-dan icazə alıb.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bu həftə Kiyevə səfəri zamanı verdiyi açıqlamaları təhlil edən “Le Monde” yazır.

Nəşr Blinkenin Vaşinqtonun ABŞ silahlarının Rusiya ərazisində istifadəsini Ukraynaya qadağan edib-etməməsi ilə bağlı suala cavab olaraq dediyi sözlərə diqqət çəkib.

"Biz Ukraynadan kənardakı ərazilərə zərbələri təşviq etməmişik. Ancaq sonda Ukrayna öz azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün necə döyüşəcəyini və ya müharibəni necə aparacağına özü qərar verməlidir",- Blinken deyib.

“Le Monde” Blinkenin bəyanatlarını Qərbin mövqeyində dəyişiklik kimi qiymətləndirib.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
azpolitika.info

1Mənbələr