AZ

Şahmat üzrə rayon birinciliklərinə yekun vurulub



Qax Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində "Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü"nə həsr olunmuş Futbol və Şahmat idman növləri üzrə keçirilmiş Açıq rayon birinciliklərinə yekun vurulub.

Newscenter.az xəbər verir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qax rayon komitəsinin xüsusi dəstəyi ilə keçirilmiş yarışın məqsədi uşaqların idmana kütləviliyini təmin etmək və bu idman növlərini gənclərə sevdirməkdir. Təşkil edilmiş yarışda hər iki idman növü üzrə ümumilikdə 242 idmançı iştirak edib.

Qax Rayon üzrə Təhsil Sektorunun müdiri Babək Heydərov və Qax Rayon UGİŞM-nin direktoru, şahmat üzrə FİDE ustası, qızlar arasında dünya və Avropa çempionu Pərvanə İsmayılovanın çıxışlarından sonra qaliblərin mükafatlandırılması həyata keçirilib. Qaliblər diplom, medal və kuboklarla mükafatlandırılıb.



Anar
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
newscenter.az

1Mənbələr