AZ

Fikoya qarşı sui-qəsd: Slovakiya vətəndaş müharibəsi astanasındadır

Mayın 15-də Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsd siyasi motivli olub. Ölkə demək olar ki, vətəndaş müharibəsi astanasındadır.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Matus Şutai-Eştok bildirib.

“Hücumçu aydın siyasi motivlə atəş açıb. O, prezident seçkilərindən sonra baş nazir Robert Fikoya hücum etmək qərarına gəlib. Bu sui-qəsd siyasi motivli idi”, - nazir bildirib.

Şutai-Eştok qeyd edib ki, hücum edən şəxs hüquq-mühafizə orqanlarına etiraf edib. Nazir hadisə ilə bağlı ictimaiyyəti mənfi şərhlərdən çəkinməyə çağırıb.

“Çoxlarının səpdiyi nifrətdən bu gün fırtına çıxdı və indi biz praktiki olaraq vətəndaş müharibəsi astanasındayıq. Bu gün sosial şəbəkələrdə belə nifrət dolu şərhlər var, ona görə də dərhal buna son qoymağınızı xahiş edirəm”, - Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
publika.az

1Mənbələr