AZ

“Yeni bazarlara çıxışın təmin olunmasına ehtiyac var” – Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İdxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı təsdiq edilib.

Banco.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarın kənd təsərrüfat məhsullarının qiymətinə təsir edəcəyi gözlənilir.

Bu barədə Banco.az-a açıqlama verən ekspert Şahin Nəcəfov bildirib ki, mineral kübrələrin ƏDV-dən azad olunması təsərrüfat  məhsullarının qiymətinin aşağı düşməsinə səbəb olmayacaq:

"Kənd təsərrüfatında həm kəndlinin, həm də şəhərdəki insanların normal qiymətə məhsul satıb –alması üçün hökumət tərəfindən dəyən zənciri yaradılmalıdır. Bu o deməkdir ki, sahədən satışa qədər heç bir problem müşahidə edilmir. Hazırda fermerlərin ən böyük problemi su çatışmazlığı ilə bağlıdır. Azərbaycan Cənubi Qafqazda ən şirin su ehtiyatına malikdir. Əgər taxılı 10-15 gün gec sulasan, bu, məhsuldarlığı 20 -25 faiz təsir edir. O cümlədən də meyvə tərəvəzdə də bu vəziyyət mövcuddur.
Ölkədə hələ kənd təsərrüfatı məhsullarının intensiv sulamağı təmin olunmayıb. Rusiya bazarından başqa digər xarici bazarlara çıxış əldə edilərsə, bu qiymətlərə çox ciddi təsir edə bilər”.

Məhsulun sahədən bazara gələnə qədər keçdiyi yolu xatırladan ekspert vurğulayıb ki, bu sahəyə dövlət dəstəyinin daha da artırılmasına ehtiyac var:

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
banco.az

1Mənbələr