AZ

“Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə təmsil olunur

“30-a yaxın istehsal müəssisəsindən 50-yə yaxın məhsul nümayiş olunur”- Rza Məmmədov

Ölkəmizdə 17-ci Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu  Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçirilir.

Bakı Ekspo Mərkəzində üç gün davam edəcək sərgidə kənd təsərrüfatı məhsulları, texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları və s. nümayiş olunur.

Sərgi iştirakçıları arasında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya,Türkiyə şirkətləri var.

Ümumilikdə 38 ölkədən 500-ə yaxın şirkətin iştirakı qeydə alınıb. Bir sıra yerli və xarici şirkətlərin qatıldığı sərgidə ölkənin əsas qida təminatçılarından biri “Azərsun Holdinq” də iştirak edir.

Şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədovun məlumatına görə holdinq sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə təmsil olunur: “Stendlərimizdə 20-a yaxın istehsal müəssisəsindən 50-yə yaxın məhsul nümayiş olunur. Stendlərdə gördüyünüz məhsullar dünyanın 40-dan çox ölkəsində istehlakçılara “Made In Azerbaijan” adı altında təqdim edilir. Qeyri-qida stendimizdə isə “Azərsun Holdinq”in ekoloji standartlar çərçivəsində istehsal olunan məhsullarından danışılır”. Qeyd edək ki, sərginin ən çox ziyarətçi qəbul edən stendlərindən biri də “Azərsun Holdinq”ə məxsusdur. Gələn qonaqlara kənd təsərrüfatı məhsullarından təqdim edilir, məhsullar haqqında məlumat verilir”.

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
12
sitat.info

10Mənbələr