AZ

Rusiya və Çindən Şimal dəniz marşrutu ilə bağlı QƏRAR

Rusiya və Çin Şimal Dəniz Marşrutunun mühüm dəhliz kimi istifadəsini təşviq edəcəklər.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən bildirir ki, bu, Rusiya Federasiyası və Çin Xalq Respublikasının iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü kontekstində qəbul etdiyi birgə bəyanatda öz əksini tapıb.

"Tərəflər Rusiya və Çin arasında praktiki əməkdaşlığı nəzərdən keçirir. Bu məqsədlə hər iki ölkə tərəfindən Şimal dəniz marşrutunun mühüm beynəlxalq nəqliyyat dəhlizi kimi istifadəsini təşviq olunacaq", - bəyanatda bildirilib.

Qeyd edək ki, ötən il Rusiya prezidenti Vladimir Putin Şimal dəniz marşrutu ilə Uzaq Şərqdən ölkənin Avropa hissəsinə və əks istiqamətdə yüklərin daşınması üçün rəqabət şəraitinin təmin edilməsi barədə göstəriş vermişdi.

Gülşən Şərif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
bakivaxti.az

1Mənbələr