AZ

Azərbaycandakı çoxuşaqlı anaların sayı AÇIQLANDI

Dövlət Statistika Komitəsi Azərbaycandakı çoxuşaqlı anaların (5-dən çox uşağı olan) sayını açıqlayıb.

Modern.az-ın komitədən əldə etdiyi məlumata görə, 2024-cü ilin ilk üç ayında ölkədə qeydə alınan çoxuşalı anaların sayı 2700 qadın olub.

Bu ilin yanvar-mart ayları ərzində çoxuşaqlı analara 11700 min uşaq üçün aylıq müavinət verilib.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycandakı çoxuşalı anaların sayı 100 nəfər artəb. Belə ki, 2024-cü il yanvarın 1-nə 5-dən çox uşağı olan qadınların sayı 2600 nəfər idi.

Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur.


Prezident İlham Əliyevin 13 yanvar 2023-cü il tarixli Fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda bildirilir:
 

“Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin”.
 

Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilməlidir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
2
modern.az

3Mənbələr